Perfenazin (Perphenazine). Sin.: Etaperazin.
4, 6 və 10 mq dozalarda tablet şəklində buraxılır. Xlorpromazinə nisbətən daha güclü antipsixotik və qusmanı aradanqaldırıcı təsirə malikdir.
Tibbi təcrübədə şizofreniyanan, maniakal-depressiv psixozlarinı, nevrozların müalicəsi və ara verməyən qusma və hıçqırıqların aradan qaldırılması üçün istifadə olunur.
Daxilə təyin olunur (gündə 3 dəfə, yeməkdən sonra 4-20 mq dozalarda). Tətbiqinə aid əks göstərişlər xlorpromazində olduğu kimidir.
Trifluoperazin (Trifluoperazine). Sin.: Triftazin.
1, 5 və 10 mq dozalarda tablet şəklində və 0,2%-li məhlulu 1 ml-lik ampullarda buraxılır.
Xlorpromazinə nisbətən toksiki təsiri zəifdir. Tibbi təcrübədə şizofreniyanın xroniki formalarının, sayıqlama və qarabasmallarla müşayiət olunan digər ruhi xəstəliklərin müalicəsi üçün istifadə olunur.
Trifluoperazin, həmçinin qusma əleyhinə preparat kimi tətbiq edilir. Daxilə (gündə 2 -4 dəfə yeməkdən sonra 1–20 mq dozalara qədər) və əzələ daxilinə (gündə 1-4 dəfə, 0,2% -li məhlulundan 0,5–1 ml) təyin olunur. Tətbiqinə aid əks göstərişlər xlorpromazində olduğu kimidir.
Dostları ilə paylaş: |