İnsanın psixi fəaliyyətinə, emosional vəziyyətinə və davranışına təsir göstərən dərman maddələr adlanır.
Sağlam adamların mərkəzi sinir sistemində oyanma və tormozlanma prosesləri müvazinət halında olur.
Mənfi emosiyaların və psixi gərginlik yaradan digər amillərin təsirindən oyanma və tormozlanma prosesləri arasında olan müvazinətin bu və ya digər istiqamətdə pozulması əsəb pozğunluqlarının nevrozların (yuxusuzluq, zehni yorğunluq, qıcıqlandırıcıların təsirinə qarşı qeyri- adekvat reaksiya və s.) baş verməsinə səbəb olur.
Psixi(ruhi) xəstəliklər - psixozlar daha ciddi psixi pozğunluqlarla (sayıqlama və qarabasmalarla, hafizənin pozulmas ilə və s.) müşayiət olunur. Ruhi xəstəliklər beyin damarlarının sklerozu, beyin zədələnmələri, müxtəlif infeksion proseslər, bioloji fəal maddələrin metabolizmində iştirak edən fermentlərin aktivliyinin pozulmasi və digər patoloji deyisikliklər əsasında inkişaf edir.
Ruhi xəstəliklər zamanı psixikada baş verən dəyişikliklər sinir hüceyrələrində metabolizmin və bioloji fəal maddələr (dofamin, noradrenalin, serotinin və s.) nisbətinin dəyişikliyə məruz qalması ilə əlaqədardır.
Psixotrop dərman maddələrinin tətbiqi məhz bu dəyişiklikləri aradan qaldırmaq məqsədi daşıyır. Kimyəvi quruluşlarına və tətbiqinə görə psixotrop dərman maddələri aşağıdakı qruplara bölünür:
Dostları ilə paylaş: