Bromheksin (Bromhexinum). Sin.: Solvin, Bizolvon .
4 mq (uşaqlar üçün) və 8 mq dozalarda tablet şəklində buraxılır. Kəskin və xroniki bronxitlərdə, bronxial astmanın infeksion-allergik formasında, ağciyərlərin vərəmində, kəskin və xroniki pnevmoniyalarda istifadə olunur,daxilə təyin edilir (gündə 3-4 dəfə, 2 tablet).
Ambroksol (Ambroxolum). Sin.: Lazolvan və s.
30 mq dozada tablet şəklində, 0,3%-li siropu 100 ml-lik flakonlarda, 0,75%-li məhlulu 40 ml-lik flakonlarda (inhalyasiya üçün) və 0,75%-li məhlulu 2 ml-lik ampullarda (inyeksiya üçün) buraxılır.
Bromheksin kimi istifadə olunur.
Daxilə (gündə 3 dəfə, yeməkdən sonra 1 tablet; siropundan gündə 3 dəfə, ilk 2-3 gün 10 ml, sonrakı günlər 5 ml), əzələ daxilinə, venaya (gündə 2-3 dəfə, 2-3 ampul) və inhalyasiya məqsədilə təyin olunurlar.
Hamiləliyin ilk 3 ayı ərzində preparatın təyin edilməsi əks göstərişdir
Dostları ilə paylaş: |