Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə90/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   86   87   88   89   90   91   92   93   ...   150
derma

Ketamin (Ketamine).


Sin.: Ketamin-hidroxlorid, Kalipsol, Ketalar

5%-li məhlulu 2 və 10 ml-lik ampullarda və 10 ml-lik flakonlarda buraxılır.



Tez və qısamüddətli narkoz törədir. Tənəffüsə demək olar ki, təsir etmir. Arterial təzyiqi yüksəldir. Ürək yığılmalarının gücünü və tezliyini, ürəyin oksigenə olan tələbatını artırır. Bronxların saya əzələlərinin tonusunu aşağı salır.

Ketamin talamusun qabıqaltı törəmələrinin və assosiativ zonanın funksiyalarına tormozlayıcı təsir göstərir, limbik sistemi aktivləşdirir. Bu xüsusiyyətinə görə ketaminin törətdiyi ümumi anesteziyanı, (dissosiativanesteziya) adlandırırlar.



Propofol (Propofol). Sin.: Profol və s.

1%-li emulsiyasi 10,20 vo 50 ml-lik flakonlarda buraxılır.

Çox qısamüddətli təsirə malik olan qeyri-inhalyasion anesteziyaedici maddədir (bir dəfəlik infeksiyadan sonra təsiri 30-60 saniyə davam edir).

Əsasən giriş narkozu üçün istifadə olunur. Lazım olan səviyyədə anesteziya əldə edənə qədər hər 10 saniyədən bir 20-40 mq dozada orqanizmə yeridilir.

Preparatdan istifadə edərkən xəstə süni tənəffüs aparatına qoşulur.

Plasentar səddən keçdiyi üçün propofolun mamalıq təcrübəsində istifadə olunması məqsədəuyğun hesab edilmir.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin