Dərman formaları


Zolpidem (Zolpidem). Sin. Ivadal



Yüklə 188,74 Kb.
səhifə96/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   92   93   94   95   96   97   98   99   ...   150
derma

Zolpidem (Zolpidem). Sin. Ivadal.


10 mq dozada tablet şəklində buraxılır. Qısamüddətli təsirə malikdir. Zolpidemin təsirindən yuxu tez bir zamanda baş verir və 6 saata yaxın davam edir.

Daxilə təyin olunur (1-2 tablet).

Preparatdan istifadə edərkən ürəkbulanması, qusma, mədədə ağrılar, baş ağrısı, şüurun dumanlanması və s. baş verə bilər.

Hamiləlik və laktasiya dövründə, 15 yaşına qədər şəxslərə və preparatın təsirinə qarşı fərdi həssaslıq olduğu hallarda təyin olunması əks göstərişdir.ğ



Resept nümunələri

Rp.: Nitrazepami 0,01


D. t.d. N.20 in tab.

S. Yatmazdan 30 dəq əvvəl 1 tablet qəbul etməli.






EPİLEPSİYA (QICOLMA) ƏLEYHİNƏ DƏRMAN MADDƏLƏRİ



Epilepsiya (Epilepsia - ürəkkeçmə tutması, bayılma) MSS-nin dövri tutmalarla müşayiət olunan xroniki xəstəliyidir. Epilepsiya psixi xəstəlikdir. Belə ki, epilepsiya zamanı qıcolma tutmaları və şüurun müvəqqəti olaraq itməsilə yanaşı insanın şəxsiyyətində də bir sıra xarakterik dəyişikliklər baş verir (qəzəb və ya qorxu, danışqanlıq, kiməsə nəyisə başa salmaq, məsləhət vermək cəhdi və s.).

Epilepsiyanın müxtəlif növlərini fərqləndirirlər: böyük qıcolma tutmaları — grand mal (şüurun itməsilə birlikdə qıcolma tutmaları); psixomotor ekvivalentlik (davranışın pozulması, şüurun dumanlanması, hərəki və psixi narahatlıqla müşayiət olunan tutmalar), kiçik tutmalar - Petit mal (şüur bir neçə saniyə itir, qıcolma baş vermir) və mioklonus-epilepsiya (bu zaman şüur itmir, qısa müddətli əzələ yığılmaları baş verir).

Bəzən böyük qıcolma tutmalarının tezliyi o qədər yüksək olur ki, xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutması baş verir. Bu vəziyyət epileptik status adlanır. Tənəffüsün pozulması nticəsində epileptik status ölümlə nəticələnə bilər.


  1. QAYT-reseptorları stimullaşdıran maddələr - fenobarbital, benzobarbital, klonazepam, diazepam, lorazepam, viqalbatrin və s.

QAYT (qamma-aminoyağ turşusu) MSS-nin əsas tormozlayıcı mediatorlarından biridir. Ona

görə də QAYT-reseptorların stimullaşdırılması



MSS-ə tormozlayıcı təsirin güclənməsi və nəticədə neyronların aktivliyinin azalmasına səbəb olur. Bu halda epilepsiya əleyhinə maddələr özlərini QAYT-ın aqonisti kimi aparırlar (Reseptorlarla qarşılıqlı təsir zamanı mediator effekti yaradan maddə aqonist adlanır).

  1. Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya alan maddələr - fenitoin, karbarmazepin.
  2. Qlutamat reseptorlarını blokadaya alan və ya qlutamatın vezikullardan sinaptik yarığa atılmasına mane olan maddələr - lamotricin.


  3. Qarışıq («hibrid») təsir mexanizminə malik olan maddələr - valproy turşusu və onun natrium duzu (Natrium valproat), felbamat.

Valproy turşusu natrium valproat həm QAYT reseptorlarını stimullaşdırmaq və həm də sinir hüceyrələrində ion kanallarını blokadaya almaqla epilepsiya əleyhinə tsır göstərirlər.

Felbamat (Fellbamate) isə bir tereofdeon qlisin (tormozlayıcı mediatordur) reseptorlarını stimullaşdırır, digər tərəfdən aspartat (stimulaşdırıcı mediatordur) reseptorlarını və sinir hüceyrələrinin natrium kanallarını blokadaya alır.

Hazırda mövcud olan epilepsiya əleyhinə dərman maddələri epilepsiyanı müalicə etmir. Onlar epileptik tutmaların qarşısını alır.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin