Doza həddinin aşılması
Təsadüfən çox tablet qəbul etdikdə, dərhal həkimə və ya xəstəxananın toksikoloji şöbəsinə
müraciət edin.
Doza həddinin aşılması zamanı orqanizm artıq dərəcədə maye və duz itirir.
Simptomları: ürək döyüntüsü tezliyinin artması, arterial təzyiqin enməsi, şok, zəiflik, şüurun
dumanlanması, başgicəllənmə, baldır əzələlərində qıcolmalar, ətraflarda keyləşmə, yorğunluq,
şüurun pozulması, həmçinin, ürəkbulanma, qusma, yanğı hissi, sidiyin azalması müşahidə oluna
bilər.
Əgər, siz preparatın qəbulunu unutmusunuzsa, o zaman növbəti dozanı adi vaxta qəbul edin,
ikiqat doza qəbul etmək olmaz.
Buraxılış forması
20 tablet, PVX /alüminium blisterlərdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya
qablaşdrılır.
Saxlanma şəraiti
25˚C-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
QSC XİNOİN Əczaçılıq və kimya məhsulları zavodu.
Macarıstan, Budapeşt.