Dərs güNLƏRİ VƏ saatlari: krediTİn sayi


III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ



Yüklə 46,94 Kb.
səhifə2/6
tarix19.05.2022
ölçüsü46,94 Kb.
#58687
növüDərs
1   2   3   4   5   6
Psixologiya tarixi sillabus 2027

III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:
FƏNNİN TƏSVİRİ:Kurs Psixologiya tarixi anlayışı ilə başlayır.Psixologiya tarixi fənnində istifadə olunan çoxsaylı anlayışların mahiyyəti müxtəlif əsaslarla təsnif edilə bilər:təsnifatın əsasında tədqiqatın obyekti, predmeti, vəzifələri digər elmlərlə əlaqəsi, bir elm kimi inkişafı əsas götürülür. Həmşinin tarixin müxtəlif mərhələlərində yaşamış alim və filosofların, mütəfəkkirlərin yaradıcılığının, dünyagörüşünün formalaşmasında mühitin, tarixi şəraitin, ictimai-siyasi proseslərin rolunu araşdirmaqdan ibarətdir.
FƏNNİN MƏQSƏDİ: Psixologiya tarixi anlayışına aydınlıq gətirmək, onları dəqiq və konkret ifadə etmək kursun məqsədlərindən biridir. Psixologiyanın inkişafına təbiət və tibb elmləri güclü təsir etmiş və bu gündə təsir etməkdə davam edir. Bununla yanaşı, bir sıra psixoloqların əsərlərində etnoqrafiya, sosiologiya, kulturologiya, riyaziyyat, məntiq, dilçilik və s. elmlərin problemləri psixologiya ilə qarşılıqlı əlaqədə araşdırılır. Buna görə də psixologiya tarixi psixologiyanın digər elmlərlə qarşılıqlı əlaqəsini, onların bir-birlərinə təsirini də öyrənir. Zaman keçdikdə psixologiyanın predmetinə, psixikanın məzmununa və öyrənilmə metodlarına baxışlar dəyişmişdir. Kursun məqsədlərindən biri də belə dəyişikliklərin səbəbinin öyrənilməsi təşkil edir.
FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):

  • Psixologiya tarixinin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsi haqqında təsəvvürlərin formalaşdırılması;

  • Psixologiyanın yaranma tarıxi haqqında təsəvvürlərin formalaşdırılması;

Tələbələrdə tarixin müxtəlif mərhələlərində yaşamış alim və filosoflarhaqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə yeni psixologiya məktəbləri və istiqamətlərihaqqında təsəvvürlərin formalaşdırılması;

  • Tələbələrdə psixologiya tarixi kursunun məzmunu, qurulması xüsusiyyətləri haqqında təsəvvürlərin formalaşdırılması;




Yüklə 46,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin