TƏFSİR ÜSULU VƏ TARİXİ 36
Quran kəlməsinin həmzəli bir kökdən törədiyini iddia edənlər
iki fərqli görüş mənimsəmişlər:
1. Əbu İshaq əz-Zəccaca (311/923) görə Quran kəlməsi “top- lamaq” mənasına gələn “əl-qarü” məsdərindən törəmişdir. Bu gö-
rüş sahiblərinə görə Quran qissə, əmr, qadağa, vəd, vəid, surə və
ayələri bir yerə topladığı üçün bu adı almışdır.
2. Əbu Həsən Lihyani (vəfatı-215/830) isə bu kəlmənin “oxu- du” mənasına gələn “qaraə” felindən törədiyini söyləmişdir. İslam
alimlərinin bir çoxu da məhz Lihyanin bu fikri ilə razılaşmışlar.
2. Terminoloji mənası Bir-birindən fərqli təriflər verilən Quranı belə tərif etmək olar:
“Hz. Peyğəmbərə (s.ə.s.) vəhy vasitəsi ilə endirilib səhifələrə yazılan, təvatürlə nəql edilən və oxunuşu ilə ibadət olunan möcüzəvi bir kəlamdır”.
-“Hz. Peyğəmbərə endirildi” ifadəsi digər ilahi kitabları və Hz.
Peyğəmbər tərəfindən söylənən sözləri öz əhatəsi xaricində saxlayır.
-“Vəhy vasitəsi ilə endirildi” ifadəsi, onun ilahi mənşəli oldu-
ğunu göstərir.
-“Səhifələrə yazılan” sözü, Qurandan sayılmayan heç bir kəlam
və kəlmənin Müshəfə daxil olmadığını göstərir.
-“Təvatürlə nəql edilən” ifadəsi, həm söz, həm də məna etibari-
lə mütavatir olmayan qiraətlərin Qurandan sayılmayacağını ifadə
edir.
-“ Oxunuşu ilə ibadət edilən” ifadəsi isə, Quranın özü xaric, nə
onun məal və təfsiri, nə də qüdsi hədisləri oxuyaraq ibadət etməyin
mümkün olmadığını göstərir.