QURANİ-KƏRİM (QURAN VƏHYİ) 41
2. Quran Qədr gecəsindən başlayaraq təqribən iyirmi üç
ildə meydana gələn hadisələrə görə müxtəlif zamanlarda Hz.
Mühəmmədə endirilmşdir.
3. Quran iyirmi üç Qədr gecəsində dünya səmasına endirilmş
və hər Qədr gecəsi Allahın o bir Qədr gecəsinə qədər təyin etdiyi
miqdarda enmişdir. Oradan da Hz. Peyğəmbərə nazil olmuşdur.
Əz-Zərkəşi isə bu görüşlər içərisində ən doğru olanın birinci
görüş olduğunu və alimlərin əksəriyyətinin də bu görüşü qəbul
etdiklərini söyləyir. Bu görüşü mənimsəyənlərin dəlili İbn Abbas-
dan nəql edilən “ Quran dünya səmasına Qədr gecəsində topdan
endirildi. Oradan da iyirmi üç il ərzində hissə-hissə nazil oldu”.
45
Lakin bu fikrə qarşı çıxan alimlərdə vardır. Onlar ikinci görüşün
ağla daha uyğun olduğu qənaətindədirlər.