TƏFSİR ÜSULU VƏ TARİXİ 10
soyundan gəldiyi, digərlərinin isə sonradan ərəbləşdikləri qəbul
olunur. Şimalda yaşayan Övs, Xəzrəc və Qəssan kimi bir çox ərəb
qəbilələri əslən cənublu olub sonradan şimala köç etmişlər. Məkkə
və onun ətrafında yaşayan Rəsulullahın qəbiləsi Qüreyş isə şimal-
dakı Adnan soyundan gəlirdi. Ərəb dili də kökü akkad dilinə gedib
çıxan sami dil qrupuna aiddir. İbrani, süryani, həbəş, finikiya və
Cənubi Ərəbistan dilləri də bu dil qrupuna mənsub dillərdir.
Quraq iqlimə sahib olan Ərəbistan yarımadasının orta hissəsi
səhralıqdır. Ancaq yarımadanın şimal və cənub bölgələri əkinçiliyə
əlverişli iqlimə sahibdir. Xüsusilə Yəməndə ta qədimdən ədviyyat
bitkilərinin becərildiyi və onların ticarəti olduğu, bundan başqa
e.ə. 2000-ci ildən Marib vahəsinin süni suvarma sistemi ilə suva-
rıldığı və ildə iki dəfə taxıl götürüldüyü tarixə məlumdur. Cənubi
Ərəbistan, əkinçiliklə yanaşı Hindistan və Afrikadan gələn malların
ticarətindən də böyük gəlir əldə edirdi.
Məhz bu xüsusiyyətlərinə görə Yəmən, Rəsuli-Əkrəmin doğul-
masından əvvəlki əsrlərdə iranlıların və romalıların ələ keçirmək
üçün mübarizə apardıqları, lakin tez-tez əldən-ələ keçən bir ərazi
idi. Romanın Qırmızı dənizin o tərəfindəki xristian Həbəşistan uğ-
runda apardığı bu mübarizə, Rəsulullahın dünyaya gəlməsindən bir
müddət əvvəl Hicaza da sıçramışdı. Rəsulullahın anadan olduğu və
İslam tarixində “Fil ili” deyə bilinən 571-ci ildə əslən Roma tacirinin
köləsi olan Yəmən hökmdarı Əbrəhə (Abramus) ordusu ilə Hicaza
səfər etmişdi. Əbərəhədən əvvəl xristianlar burada (Yəməndə) İra-
nın müttəfiqi olan yəhudi sərkərdə Zu Nuvasın hakimiyyəti altında
yaşayırdılar. 525-ci ildə həbəşlər Zu Nuvası öldürüb hakimiyyəti
ələ keçirdilər və onların hakimiyyəti 570-ci ildə Əbrəhənin ölümünə
qədər davam etdi. Əbrəhədən sonra İslam fəthlərinə qədər Yəmən
İranın bir vilayəti olaraq qaldı.