QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI 59
katiblərindən birini çağırar və : “Bu ayələri yazıb, filan ayələrin
yerləşdiyi surənin içinə qoy” buyurardı.
75
“Yalnız mənə nazil olan vəhyi yazın”
76
hədisi də Quranın Hz.
Peyğəmbər zamanında yazıldığına dəlalət edir.
Abdullah ibn Ömər belə deyir: “Hz. Peyğəmbər yanımızda
olan vəhy səhifələri ilə döyüşdə iştirak etməyimizi qadağan etdi.
Çünki o, vəhy səhifələrinin düşmənin əlinə keçməsini istəmirdi”.
77
Bəra ibn Azibdən isə belə rəvayət olunur: Nisa
surəsinin: “Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolun- da öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (ciha- da getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısı- na (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir”
78
ayəsi nazil
olduğu zaman Rəsulullah (s.ə.s.): “Filan şəxsi yanıma çağırın”-
dedi. Çağırılan şəxs (Zeyd ibn Sabit), mürəkkəb, qələm və səhifə
alıb gələnədə, Rəsulullah ona belə dedi: Nisa surəsinin 95-ci
ayəsini
yaz”
79
Bu son iki rəvayət də Quranın Hz. Peyğəmbər dövründə
yazıldığını göstərən dəlillərdəndir.
Hz. Peyğəmbərin vəhy katibləri enən ayələri dəvələrin kürək və
qabırğa sümüklərinə (azm), aşılanmış dərilərə (ədim), bəyaz daşlara
(lihaf), xurma yarpaqlarına (asib), taxtaya və papiruslara (qirdas)
yazırdılar. Ancaq Quran ayələrinin Hz. Peyğəmbər zamanında bir
kitab şəklinə gətirildiyinə dair hər hansı bir məlumat yoxdur. An-
caq Buxarinin Səhihində keçən bir hədisdə Hz. Peyğəmbərin hər
75 Əhməd b. Hənbəl, I, 57
76 Müslüm, Zühd, 16
77 Əhməd b. Hənbəl, II, 6, 10, 55, 63, 76
78 Nisa, 4/95
79 Buxari, Təfsir, 4.