B. Quranın Hz Peyğəmbər zamanında kitab şəklinə salınma- masının səbəbləri Quran ayələri Hz. Mühəmməd (s.ə.s) zamanında yazılmasına
rəğmən kitab halına gətirilməmişdi. Bunun da səbəblərini İslam
alimləri aşağıdakı kimi izah etmişlər:
1. Hz. Əbu Bəkrin xəlifəliyi dövründə Quranın cəm olunması-
nın və Hz. Osmanın zamanında istinsax edilməsinin səbəbi ehti-
yacın ortaya çıxması idi. Hz. Peyğəmbərin zamanında isə Quranın
kitab halına gətirilməsinə ehtiyac yox idi. Çünki “əminul-vəhy”
olan Peyğəmbər həyatdaykən Qurana hər hansı bir xələlin gəlməsi
qeyri-mümkün idi.
2. Son nazil olan ayələrlə Hz. Peyğəmbəri vəfat etməsi arasın-
da sadəcə doqquz gecə olduğu rəvayət edilir. Belə qısa müddətdə
Quranın o günkü şərtlərdə kitab halına gətirilməsi qeyri-mümkün
idi. Çünki Zeyd ibn Sabit dağınıq olan Quran mətnlərini bir ildə bir
yerə toplaya bilmişdi.
80 Buxari, Səhih, VI, 229