QURAN ELMLƏRİ
147
“
Dad, axı sən (iddiana görə) qüdrətli, kəramətli idin!”
194
Bu ayədəki
xitab Əbu Cəhilədir. Çünki o, mövqe və zənginliyinə güvənərək
özünün çox şərəfli və qüdrətl olduğunu söləyirdi. Allah-təala da
onun bu sözlərinə istehza ilə o zaman əzabı dad deyir.
13) Təkdə işlənən kəlmə ilə cəmə olan xitab (Xitabul-cəm bilaf-
zil-vahid)
“
Ey insan, səni öz səxavətli Rəbbinə qarşı tvlayıb aldadan nədir?”
195
Burada insan kəlməsi təkdə işlədilsədə bütün insanlara şamildir.
14) Cəmdə işlənən kəlmə ilə təkə olan xitab (Xitabul-vahid
bilafzil-cəm)
“
Ey peyğəmbərlər! Yaxşı nemətlərdən yeyin və əməlisaleh olun...”
196
Buradakı xitab Hz. Peyğəmbərədir. Çünki onun zamanında onunla
bərabər başqa bir peyğəmbər olmamışdır.
15) Təsniyə ilə təkə olan xitab (Xitabul-vahid bilafzil-isnəyni)
(Əmr olunacaq): “
Atın cəhənnəmə hər cür tərs kafiri”
197
16) Təkdə işlənən kəlmə ilə təsniyəyə olan xitab (Xitabul-isnəyni
bilafzil-vahid)
“Firon dedi: “SizinRəbbiniz kimdir, ey Musa?”
198
Burada Hz.Musa
ilə yanaşı Harun da qəsd olunmuşdur.
17) Təkdən sonra cəmə olan xitab (Xitabul-cəm bədəl-vahid)
“
Sən hansı bir vəziyyətdə olsan, Qurandan nəyi oxusan, siz hansı işi
görsəniz, başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik” (Yu-
nus 10/61). Ayədəki ilk fellər təkdə işlədilmişkən, üçüncü fel cəm
194 Duxan, 44/49.
195 İnfitar, 82/6.
196 Müminun, 23/51.
197 Qaf, 50/24.
198 Taha, 20/49.