Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


 Surələrin fəzilətinə dair hədislər və onların incələnməsi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə174/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   281
2. Surələrin fəzilətinə dair hədislər və onların incələnməsi
Surələrin fəzilətinə dair bir çox hədis vardır. Bunların böyük bir 
hissəsi təfsir kitablarında keçir. Bunlardan bəziləri bunlardır:
1.“Kim cümə günü Ali-İmran surəsini oxuyarsa, Allah və mələklər 
günəş batana qədər ona salat (rəhmət və istiğfar) edərlər.
235
231  Buxari, Ədəb, 70.
232  Buxari, Fazlül Bəqərə, 21.
233  Darimi, Fəzailil-Quran, 1.
234  Tirmizi, Səvabul Quran, 18.
235  Zəməzşəri, əl-Kəşşaf, I, 460.


QURAN ELMLƏRİ
157
2. “Kim Ənam surəsini oxusa, hər ayəsinə qarşılıq yetmiş min mələk 
gecə və gündüz o insanın bağışlanması üçün dua edər.”
236
3. “Kim Yunus surəsini oxusa, Yunusa (ə.s.) inanan və onu yalan-
layanların, eyni zamanda Fironla birlikdə suda boğulanların hər birinin 
əvəzinə o şəxsə on səvab yazılar.
237
 
4.  “Kim  Hud  surəsini  oxusa,  o  insana,  Nuh,  Hud,  Saleh,  Şüeyib, 
Lüt, İbrahim və Musanı təsdiq və təkzib edənlərin, qiyamətə qədər gələcək 
müttəqilərin hər birinə qarşılıq on səvab vardır.”
238
Surələrin fəziləti haqqındakı rəvayətlərə gəlincə bu rəva yətlə-
rin bir çoxu Zəməxşəri, Beyzavi və Əbus Süud Əfəndinin təf sirlə-
rində  keçir.  Burada  diqqəti  çəkən  məqam  bu  üç  müfəssirin  də 
eyni  hədisləri  nəql  etmələridir.  Mənbələrin  bildirdiyinə  görə  hər 
üç  müfəssir  bu  hədisləri,  Quranın  fəzilətinə  dair  uydurma  hədis 
nəql  etmədə  məşhur  olan  əs-Sələbi  (vəfatı-427/1035)  və  Vahidi 
(vəfatı-468/1075) kanalı ilə rəvayət etmələridir. Müfəssir əş-Şirbini 
də (vəfatı-977/1569) “əs-Siracul-munir” adlə təfsirində Zəməxşəri və 
ona tabe olaraq eyni hədisləri nəql edən Beyzavinin bir çox uydur-
ma hədisləri kitablarına aldıqlarını qeyd etmişdir. Şirbiniyə görə bu 
iki müfəssir Bəqərə, Nəhl, Kəhf, Səcdə, Yasin, Duxan, Vaqiə, Zilzal, 
Tə kasur və Nəs surələri xaric, digər 104 surənin fəziləti haqqında 
uy durma hədislər nəql etmişlər.
Quran surələrinin fəziləti haqqında bir çox hədisin uyduruldu-
ğuna dair açıq etiraflar da vardır. Məsələn, Nuh b. Əbi Məryəmdən 
(vəfatı-  173/789)  Quranın  bir  çox  surəsinin  fəziləti  haqqında  İbn 
Abbas təriqi ilə gələn bu xəbərlər sənə hardan çatıb deyə soruşul-
duqda belə cavab vermişdir: “Mən insanları Qurandan üz çevirib 
236  Zəməxşəri, Kəşşaf, II/85.
237  Zəməxşəri, Kəşşaf, II/376, Beydavi, Ənvarut-Tənzil, I/552.
238  Zəməxşəri, Kəşşaf, II/429, Beydavi, Ənvarut-Tənzil, I/523. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin