I. ÜMUMİ MƏLUMAT
Quranın anlaşılması istiqamətindəki fəaliyətlər əsri-səadət
dövrü ilə birlikdə başlamışdır. Bu fəaliyətlər əvvəlcə şifahi olaraq
başlamış, hicri II əsrin ikinci yarısından etibarən isə yazılı şəkildə
davam etmişdir. Girişdə təfsir və onunla bağlı olan məfhumlara yer
vermişdik. Burada da təfsir tarixi mövzusundan bəhs etməyə çalı-
şacağıq.
A. Quranın təfsir edilməsinin zəruriliyi
Quran insanları pis şeylərdən uzaqlaşdırmaq və onlara yaxşı
şeyləri göstərmək üçün göndərilən bir mesajdır. Onun bu yönü-
nü insanlara anlatma fəaliyyətlərinə təfsir deyilir. Quranın insan-
lara anlatılmasında ilk müfəssirlik vəzifəsini yerinə yetirən Hz.
Peyğəmbərdir. Belə ki,
Qurani-kərimin
ilk təfsiri
... ُهَتَلا َسِر َتْغَّالَب اَمَف ْلَعْفَت ْمَّال ن
إِ
اَو َكِّبَّار نِم َكْيَلإِا َلِزنأُ� اَم ْغِّلَب ُلو ُسَّارلا اَُّيأَ� َي
“
Ey Peyğəmbər! Sənə Rəbbindən göndəriləni təbliğ et. Əgər bunu
yerinə yetirməsən Onun risalətini (insanlara) çatdırmamış olarsan...”
240
məalındakı
ayəsi ilə
...ْمِ ْيَلإِا َلِّزُن اَم ِساَّانلِل َ ِّينَبُتِل َرْكِّلا َكْيَلإِا اَنْلَزنأَ�َو ...
“
Sənə Quranı nazil edik ki, insanlara endirilən (şeyi) onlara açıqla-
yasan”
241
şəklindəki
ayəsinin ifadə etdikləri kimi Hz. Pey ğəmbərlə
240 Maidə, 5/67.
241 Nəhl, 16/44.