II. TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
Hz. Peyğəmbər, bir tərəfdən ona vəhy olunan Quran ayələrini
təbliğ edir, digər tərəfdən də mənası başa düşülməyən mövzu-
ları açıqlayırdı. Hər nə qədər ilk dövrdəki müsəlmanlar ərəb di-
lini bildikləri üçün Quranı ümumi mənada anlama imkanına
sahib olsalar da, eyni zamanda “ümmi” bir cəmiyyət olduqları
üçün mütəşabeh ayələri və bəzi məsələləri başa düşmədə çətinlik
248 Təğabun, 64/16.
249 Həcc, 22/19.
TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
167
çəkirdilər. Onlar bu cür şeylərlə qarşılaşdıqda Hz. Peyğəmbərə mü-
raciət edirdilər.
Təfsirin bu ilkin mərhələsini Peyğəmbər mərhələsi, yaxud təf-
sirin əzbərdən ötürülməsi mərhələsi adlandırmaq olar. Bu mərhələ
Hz. Peyğəmbərin vəfatına qədər davam etmişdir. Bu vaxt təfsir şi-
fa hi şəkildə olmuş, dildən-dilə ötürülmüşdür. Əs-Süyuti müxtəlif
hə dis və təfsir kitablarında Hz. Peyğəmbərə aid edilən təfsir rəva-
yətlərini toplamış, onların Quran surələrinin tərtibi əsasında yer-
ləşdirmiş və təqribən 250 belə hədis olduğunu göstərmişdir.
250
Hz. Peyğəmbər vəfat etdikdən sonra isə səhabilər Quranı anla-
mada çətinlik çəkdikləri zaman, təfsir sahəsində şöhrət tapmış şəxs-
lərə üz tuturdular. Ancaq bu dövrdə təfsir fəaliyyətləri əsa sən şifahi
şəkildə idi və bu fəaliyyətlər də Qurandakı bəzi qərib kəlmə lərin
izahından ibarət idi. Təfsirin təbliği mərhələsi adlanan bu mər hələ
təqribən hicrətin II əsrinin əvvəllərinə qədər davam etmişdir.
Təfsirin təşəkkülündə üçüncü mərhələ yazılı təfsir topluları
(əl-müsənnəfat əl-camiə) mərhələsi adlandırıla bilər. Buna “təfsirin
tədvini dövrü” də deyilir. Bu mərhələdən daha sonra bəhs edəcəyik.
Əlbəttə təfsirə aid bütün bu fəaliyyətlərin təməlində Hz.
Peyğəmbərin təfsiri dururdu. Buna görə də təfsirin meydana çıx-
masından bəhs edərkən əvvəlcə onun təfsirini ələ almamız lazım-
dır.
250 Süyuti, əl-İtqan, IV/214-257; Şeyxülislam Allahşükür Paşazadə,
Quranın Təfsiri və Tərcüməsi Tarixi, s. 167.
|