A ZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
Qərbi Kaspi Universiteti
Sərbəst iş
TƏLƏBƏ: Paşazadə Rəhimə
FAKÜLTƏ: Filologiya və tərcümə
İXTİSAS: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
QRUP: 328Am
TƏDRİS İLİ: 2021-2022
FƏNN: Nitq mədəniyyəti
SƏRBƏST İŞİN MÖVZUSU: “Mədəni nitqin əsas tələbləri”
MÜƏLLİM: Əsədova Adilə
Bakı-2021
Mündəricat
Giriş.............................................................................................................3
Mədəni nitqin əsas tələbləri........................................................................4
Nəticə............................................................................................................13
Ədəbiyyat siyahısı.........................................................................................14
Giriş
Məlum olduğu kimi, “nitq mədəniyyəti” anlayışı öz həcminə, əhatə dairəsinə görə olduqca genişdir. Bura mədəni nitqi şərtləndirən əsas amillər, nitq mədəniyyəti və ədəbi dil normaları, nitq mədəniyyəti və danışıq etikası, mədəni nitqin ictimai və sosial-iqtisadi inkişafdakı rolu, nitq mədəniyyətinə yiyələnməyinyolları, üsulları və digər məsələlər daxildir. Bu vəsaitdə mədəni nitqin vacib sayılan ən ümdə problemlərindən danışılır. Kitab üzərində işlənilərkən nitq mədəniyyəti və natiqlik məharəti məsələlərindən bəhs edən əsərlərdən yeri gəldikcə istifadə olunmuşdur. [2.9;10].
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu,obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Antik Yunan nitqinin inkişafında xüsusi əhəmiyyəti olan Aristotel “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və
s. məsələlərin nəzərə alınması və onlara əməl olunması Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi,orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı [2.10;12]
Dostları ilə paylaş: |