TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT
25
1. Təvil mütləq deyildir. Təfsir isə mütləqdir. Çünki təfsir Hz.
Peyğəmbərdən və vəhyə şahid olan səhabələrdən gələn rəvayətləri
əsas alır. Halbuki təvil ictihadı əsas alır.
2. Təfsir təvildən daha ümimidir. Təfsir ləfzlərdə (sözlərdə),
təvil isə mənalarda olur. Təvil ilahiyyat mövzularında yazılmış
əsərlərdə, təfsir isə həm ilahiyyat mövzularında, həm də digər
mövzularda yazılmış əsərlərdə olur.
3. Təvil batini mənanı, təfsir isə zahiri mənanı açıqlayır.
4. Təvil dirayətə, təfsir isə rəvayətə söykənir.
5. Təfsirdə doğruluq olduğu üçün təfsir daima etibarlı qəbul
olunur. Təvilin isə etibarlısı olduğu kimi, qəbul olunmayanı da var-
dır. Başqa cür ifadə etsək, təfsirdə qətilik, təvildə isə ehtimal vardır.
2. Tərcümə
“
Tərcəmə” və ya “
rəcəmə” köklərindən əmələ gəldiyi iddia
edilən “
tərcümə” sözü lüğətdə “
bir kəlamı başqa bir dildə ifadə etmək”,
“
bir sözü başqa bir dildə təfsir və bəyan etmək”, “
bir kəlməni başqa bir
dildə mənalandırmaq” və s. kimi anlamlara gəlir.
Tərcümə kəlməsnin yuxarıdakı mənalardan başqa mənaları da
vardır ki, onlar aşağıdakılardır:
a. Tərcümə “
bab “ başlığı , yəni bir kitabdakı fəsil adı mənasına
gəlir.
b. Bu kəlmənin digər mənası da “
tərcümeyi-
hal” deməkdir.
c. Bir sözü bu sözdən xəbəri olmayan bir kəsə çatdırmaq da
tərcümə mənasına gəlir.
d. Bir sözü işlədildiyi dildə təfsir etməyə də tərcümə deyilir.
Buna görə İbn Abbasa “
tərcümanul-
Quran” adı verilmişdir.