Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


b. Təvil ilə təfsir arasındakı fərqlər



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə23/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   281
b. Təvil ilə təfsir arasındakı fərqlər
Bunlar arasındakı fərqləri aşağıdakı kimi sadalaya bilərik:
18   Ali-İmran 3/7.
19   Kəhf 18/78.
20   Nisə 4/59.
21   Yusuf 12/100.


 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
25
1. Təvil mütləq deyildir. Təfsir isə mütləqdir. Çünki təfsir Hz. 
Peyğəmbərdən və vəhyə şahid olan səhabələrdən gələn rəvayətləri 
əsas alır. Halbuki təvil ictihadı əsas alır.
2.  Təfsir  təvildən  daha  ümimidir.  Təfsir  ləfzlərdə  (sözlərdə), 
təvil  isə  mənalarda  olur.  Təvil  ilahiyyat  mövzularında  yazılmış 
əsərlərdə,  təfsir  isə  həm  ilahiyyat  mövzularında,  həm  də  digər 
mövzularda yazılmış əsərlərdə olur. 
3. Təvil batini mənanı, təfsir isə zahiri mənanı açıqlayır. 
4. Təvil dirayətə, təfsir isə rəvayətə söykənir.
5.  Təfsirdə  doğruluq  olduğu  üçün  təfsir  daima  etibarlı  qəbul 
olunur. Təvilin isə etibarlısı olduğu kimi, qəbul olunmayanı da var-
dır. Başqa cür ifadə etsək, təfsirdə qətilik, təvildə isə ehtimal vardır.
2. Tərcümə
  “Tərcəmə”  və  ya  “rəcəmə”  köklərindən  əmələ  gəldiyi  iddia 
edilən “tərcümə” sözü lüğətdə “bir kəlamı başqa bir dildə ifadə etmək”, 
bir sözü başqa bir dildə təfsir və bəyan etmək”, “bir kəlməni başqa bir 
dildə mənalandırmaq” və s. kimi anlamlara gəlir.
Tərcümə kəlməsnin yuxarıdakı mənalardan başqa mənaları da 
vardır ki, onlar aşağıdakılardır:
a. Tərcümə “bab “ başlığı , yəni bir kitabdakı fəsil adı mənasına 
gəlir. 
b. Bu kəlmənin digər mənası da “ tərcümeyi-hal” deməkdir.
c.  Bir  sözü  bu  sözdən  xəbəri  olmayan  bir  kəsə  çatdırmaq  da 
tərcümə mənasına gəlir.
d.  Bir  sözü  işlədildiyi  dildə  təfsir  etməyə  də  tərcümə  deyilir. 
Buna görə İbn Abbasa “tərcümanul-Quran” adı verilmişdir.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin