I. ÜMUMİ OLARAQ VƏHY
Qurani-kərimə görə Allah insanı digər varlıqlardan fərqli ya-
rat mışdır. Onu müəyyən dərəcədə hürr yaratmış və etdiyi əməl-
lərdən məsul tutmuşdur. İnsan Allahın ona verdiyi idrak gücü ilə
pisi yaxşıdan, gözəli çirkindən, doğrunu yanlışdan ayıra biləcək
qabiliyyətdədir. Ancaq insan, ətraf mühitin, nəfsinin istəklərinin
və şeytanın təsiri ilə hər zaman Yaradanını tanımaya və əxlaqlı ol-
maya bilər. Allah yaratdığı insanın bu zəif nöqtələrini bildiyi üçün
ona nümunəvi insanları rəhbər olaraq göndərməyi murad etmiş və
onunla sözlü münasibət (vəhy) qurmuşdur. Bu, Allahın insanlara
bəxş etdiyi sonsuz şəfqət və mərhəmətinin təzahürüdür. Allahın
sözlü münasibəti (vəhy) ilk peyğəmbərdən başlayaraq son elçi Hz.
Məhəmmədə qədər davam etmişdir.
Vəhy deyildikdə Quran və ya digər səmavi kitablar başa düşül-
məklə yanaşı, vəhyin mahiyyət baxımından bir-birindən fərqli növ-
ləri də vardır. Buna görə də Quran vəhyinə keçmədən əvvəl vəhy
mövzusunda ümumi məlumat vermək faydalı olar.
Dostları ilə paylaş: