TƏFSİR ÜSULU VƏ TARİXİ 26
e. Bir sözü bir dildən başqa bir dilə çevirib təfsir etməyə də
tərcümə deyilir.
Termin kimi isə tərcümə, “hər hansı bir dildəki söz və ya kəlamın, eynilə başqa bir dildəki bənzəri ilə ifadə edilməsidir”.
Tərcümə məfhumu, hərfi və ya ləfzi, mənəvi və ya təfsiri
tərcümə deyə iki qismə ayrılır:
a. Hərfi (ləfzi) tərcümə: Nəzmində və tərtibində əslinə bənzəmə-
sinə diqqət olunan tərcüməyə “hərfi (ləfzi) tərcümə” deyilir. Bu tər-
cü mə növündə tərcümə olunacaq kəlmələr bir-bir ələ alınır, onların
ye rinə qoyulacaq sözlər hər bir yönü ilə diqqətlə incələnir. Fərqli
dil lər arasında bu tərcümə metodundan istifadə etmək çox çə tindir.
Buna görə də Quranı hərfi tərümə etmək mümkün deyildir.
b. Təfsiri (mənəvi) tərcümə: Nəzmə və tərtibə bağlı qalma-
dan hər hansı bir sözün bəzi şərh və izahlarla başqa bir dilə
nəql edilməsinə “təfsiri tərcümə“ deyilir.
Günümüzdə daha çox
tərcümənin bu növündən istifadə olunur.
3. Məal Bu kəlmə də təvil sözü kimi “əvl” kökündən törəmişdir. Lüğətdə
“bir şeyin özü, xülasəsi və nəticəsi” mənasına gəldiyi kimi “naqis ol- maq” mənasına da gəlir.
Termin olaraq məal, “bir sözün mənasını hər cəhəti ilə deyil, bir az naqis olaraq ifadə etmək” deməkdir.
Bildiyimiz kimi Quran həm ləfz (söz), həm də məna etibarilə
Allah kəlamıdır. Onu mükəmməl olaraq tərcümə etmək mümkün
deyildir. Hər nə qədər onun təfsiri tərcüməsi
mümkün olsa da, in-
san Quranın bütün məna və məqsədlərini kamil bir şəkildə ortaya
qoya bilməz. Buna görə də alimlər Quran tərcümələrinə “tərcümə”
deməkdən çəkinmiş və onun yerinə “məal” kəlməsini işlətmişlər.