TƏFSİR ÜSULU VƏ TARİXİ
54
“Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin
nə etdiyinizi də O bilir. İman gətirib yaxşı işlər görənlərin duasını qəbul
edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab
gözləyir!”
58
Quran, müsəlman inandığı Allah etiqadına görə həyatına yön
verməsini istəyir:
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq
etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin va-
cib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və
zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə,
belə öyüd-nəsihət verir!”
59
“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli
işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!
Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”
60
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Al-
lah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah
rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mü-
kafat, nə də bir təşəkkür istəyirik.”
61
Allah kainatı insan üçün yaratmış və onun ixtiyarına vermişdir.
İnsan da öz növbəsində təbiəti və kainatı qorumalı, onlarla Allahın
istədiyi şəkildə davranmalıdır:
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda
həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri
58 Şura, 42/25-26
59 Nəhl, 16/90
60 Ali İmran, 3/104
61 İnsan, 76/8-9