Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə61/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   281
QURANİ-KƏRİM (QURAN VƏHYİ)
55
qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə dü-
çar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.”
62
3. Quranda hüquq və öhdəliklər
Quranda  fərdin  cəmiyyətdəki  hüquqları  və  öhdəliklərindən 
də bəhs olunur. Belə ki, Quranda bəzi sosial və təşkilati məsələlər 
üzərində  durulmuş  və  fərdlər  arasındakı  münasibətlər  haqqında 
dini və hüquqi hökmlərə yer verilmişdir. Allah etiqadının və əxlaqın 
sosial həyatdakı əksi Qurandakı hüquq və öhdəliklərdə özünü açıq 
şəkildə göstərir. Etiqadlı və əxlaqlı fərdlər sosial həyatda ədalətli 
olacaq, başqalarına haqsızlıq etməyəcəklər:
“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) 
sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kini-
niz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxın-
dır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!”
63
Quran ədalət qarşısında hamının bir olduğunu və hüququn üs-
tünlüyünün hər kəs tərəfindən qəbul edilməsinin zəruriliyini dilə 
gətirir:
“Ey  iman  gətirənlər!  (Şahidliyiniz)  sizin  özünüzün,  ata-ananızın, 
yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah 
şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb ol-
sun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin 
istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya 
(doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, 
(bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”
64
Quranda, bu ədalət işığında, sosial ədalət, ailə və iqtisadiyyat 
sahələrinə dair əmr və qadağalar da vardır:
62  Taha, 20/81
63  Maidə, 5/8
64  Nisa, 4/135



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin