QURAN ELMLƏRİ
119
habilərin bir qismi bu kəlmələrin mənalarını bilmədiklərini etiraf
etmişlər. Məsələn, “tərcümanul-Quran” adlanan və səhabilər arasın-
da təfsir sahəsində ən məşhur olan İbn Abbas belə altı ayədə keçən
“fatir” kəlməsinin mənasını əvvəllər bilmədiyini, bunları iki ərəb
kəndli bir-biriylə mübahisə edərkən onlardan eşidərək öyrəndiyini
söyləmişdir. Bundan başqa o, “qislin”
134
, “hənanən”
135
, “əvvah”
136
və “ər-raqim”
137
kəlmələrinin mənalarını daha sonralar öyrəndiyini
etiraf etmişdir. Lakin unutmamaq lazımdır ki, Qurandakı
istər Qü-
reyş və digər ərəb ləhcələrində verilən sözlərin, istərsə də başqa
dillərdən ərəb dilinə keçən kəlmələrin izahında ən böyük pay İbn
Abbasa düşür. O, bu kəlmələri izah edərkən ərəbcə şeirlərdən çox
istifadə etmişdir. Buradan belə bir nəticəyə gələ bilərik ki, qəribul-
Quranla əlaqədar ilk fəaliyyətlər səhabi dövründə başlamışdı.
Lakin bu dövrdə islami elmlər yazılı hala gəlmədiyi üçün bu
sahədəki məlumatlar əsasən şifahi yolla nəql olunurdu. Hicri II
əsrdə təfsir və digər elmlərlə yanaşı qəribul-Quran mövzusundakı
məlumatlar da yazılı hala gətirilməyə başlandı.
İbn Abbasla başqa Əbu Übeyd əl-Qasım ibn Səllam (vəfatı
200/815), əl-Fərra (vəfatı-207/822), Əxfəş əl-Əvsad (vəfa tı-221/835),
əz-Zəccac (vəfatı-311/923), Mamər əl-Müsənna (vəfa tı-210/825), İbn
Qüteybə (vəfatı-276/889) və Rağıb əl-İsfəhani (vəfatı-502/1108) kimi
alimlər qəribul-Qurana dair əsərlər yazmışlar.
Dostları ilə paylaş: