TƏFSİR ÜSULU VƏ TARİXİ 168
A. Təfsirin Meydana Çıxması 1. Hz. Peyğəmbərin təfsiri Hz. Peyğəmbərin Quranı insanların ehtiyacına görə təfsir etdi-
yini daha öncə qeyd etmişdik. Bu təfsirlərə hədis məcmuələrində və
Rəsulullaha (s. ə. s) qədər gedib çıxan rəvayətlərdə rastlamaq olar.
Onun səhabilərə açıqladığı Quran həqiqətləri onları irşad etmək
məqsədi daşıyırdı. Rəsulullah (s.ə.s) ya hər hansı bir ayəni oxuya-
raq təfsir edər, yaxud da səhabilərin verdiyi suallar əsasında ayələri
təfsir edərdi. Bəzən də o öz sözünü dəlilləndirmək üçün bir ayəni
oxuyub onu izah edərdi. Ancaq Hz. Peyğəmbərin təfsirinin funksi-
yasını, hansı şərtlərdə təfsir etməsini və onun təfsirinin miqdarını
təsbit etmək lazımdır.