a. Sünnənin Quran təfsirindəki rolu Qurani-kərimin təfsirinin inkişafı sünnənin təşəkkülü ilə bağlı-
dır. “Sünnə Quranı təfsir edir” prinsipi öz təcəssümünü miladı VIII
əsrin ikinci yarısında Quranın mətninin təfsiri ilə bağlı hədis toplu-
larında, məsələn, “əs-Səhih əl-Buxari”də xüsusi fəsillərin meydana
çıxmasında tapır.
Qurtubi (vəfatı-671/1273) sünnənin Quran təfsirində iki funk-
siyanı yerinə yetirdiyini bildirir. Bunlardan biri izah edilməsi la-
zım olan Quran nəsslərini təfsir etməsidir ki, buna “bəyan” deyi-
lir. Digər funksiyaya gəlincə bu da Quranda olmayan bir hökmü
gətirməsidir ki, buna da “təşri” (hökm qoyma) deyilir. Sünnənin
Quranı təfsiri etməsi deyildikdə onun Qurandakı mütləqi təqyid,
mübhəmi bəyan, mücməli təfsil, müşkili təvzih və ümümi olanı
xüsusiləşdirməsi qəsd olunur. “Təşri” (hökm qoyma) funksiyası
Hz. Peyğəmbərə Allah tərəfindən verilmişdir. Yəni mütləq mənada
şari (hökm qoyan) Allahdır, Hz. Peyğəmbər də məcazi mənada şa-
ridir. Quran bu haqda belə deyir :