TƏFSİR ÜSULU VƏ TARİXİ 174
2. Səhabi təfsiri Təfsirin təşəkkülündə ikinci mərhələ səhabilər dövrünü əhatə
edir. Səhabilər ərəb olduqları üçün ərəb dilinin üslubunu və incə-
liklərini yaxşı bilirdilər. Onlar Quranı bilavasitə Hz. Peyğəmbərin
özündən almış, ona yaxın olmuş, onun işlərində iştirak etmiş, dav-
ranış və hərəkətlərinin şahidi olmuş, təfsirlərini eşitmişdilər. Odur
ki, onlar Quranı başqalarına nisbətən daha yaxşı bilirdilər.
Ancaq bu da bir həqiqətdir ki, səhabilərin hamısı Quranı eyni
səviyyədə anlamamışdılar. Çünki onlar həm zəka, həm də elmə
yiyələnmə imkanları baxımından bir- birindən fərqlənirdilər.