TƏFSİR ÜSULU VƏ TARİXİ 172
onların sərinliyindən fəryad edəcəkdir. Sonra Allah müttəqiləri xi-
las edəcək, zalımları isə diz üstə çökmüş halda qoyacaqdır ”
261
.
c. Rəsulullahın etdiyi təfsirin miqdarı Müsəlman alimləri Hz. Peyğəmbərin (s.ə.s) səhabilərə açıqla-
dığı təfsirin miqdarı barədə müxtəlif fikirlər söyləmişlər. Onlardan
bəziləri iddia etmişlər ki, Hz. Peyğəmbər (s.ə.s) öz səhabilərinə ol-
duqca məhdud miqdarda ayə təfsir etmişdir, bəziləri isə göstərmişlər
ki, Hz. Peyğəmbər (s.ə.s) Quranın bütün mənalarını və sözlərini
səhabilərə bəyan etmişdir. Bəzi alimlərə görə isə, Peyğəmbər (s.ə.s.)
Quran ayələrini səhabilərə şifahi şəkildə izah etməklə yanaşı, həm
də Quranın şəriət məsələləri, halal-haramla bağlı hökmlərini əməli
olaraq, öz işlərində, davranış və hərəkətlərində onlara açıqlamışdır.
Məsələn, Abdurrəhman əs-Süləmi yazırdı: “Bizə Quranı oxutduran-
lar rəvayət edirdilər ki Allahın Rəsulu (s.ə.s.) onlara on ayə oxutdu-
rarmış və onlar bu ayələrə dair əməli öyrənməmiş ikinci on ayəyə
keçməzlərmiş. Beləliklə onlar, bütün Quranı və əməli öyrənmişlər”.
262
Bu mövzudakı görüşləri iki başlıq altında ələ ala bilərik: