3. Tabeun təfsiri Bildiyimiz kimi Hz. Peyğəmbər Mədinədə İslam dövlətinin
tə məlini qoymuş və bu dövlətin sərhədləri onun zamanında ar-
tıq Ərəbistan yarımadasının xarcinə çıxmışdı. Peyğəmbərin vəfa-
tından sonra fəthlər sayəsində bu dövlətin sərhədləri bir xeyli ge-
nişlənmişdi. Yeni fəth edilən ölkələrdə yaşayan insanların İslamı
yaxşı bilən məmurlara, qazılara və müəllimlərə ehtiyacı vardı. Bu
ehtiyac nəzərə alınaraq fəth olunan ölkələrə İslamı öyrətmək üçün
müəllimlər və asayişi təmin etmək üçün məmurlar göndərilirdi.
Bu ölkələrə gedən səhabilər tədris mərkəzləri qurur və burada Qu-
ranı və Hz. Peyğəmbərdən öyrəndikləri digər bilgiləri insanlara
öyrədirdilər. Onların bu fəaliyyətləri nəticəsində getdikləri ölkə və
şəhərlərdə müxtəlif məktəblər yarandı. Bu məktəblərin müəllimləri
səhabilər, tələbələri isə tabeilər idi. Ancaq bu ölkələrdə ortaya çıxan