TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ 175
Peyğəmbərin yanında olması, nüzul səbəblərini, adət-ənənəni
yaxşı bilənlərlə bilməyənlər arasındakı fərqlər, onlar arasın-
da bəzi ixtilaflara səbəb olmuş və ayələrlə bağlı müxtəlif fikirlər
səsləndirmələrinə gətirib çıxarmışdır.
b. Səhabi təfsirinin dəlil olması Səhabilərin təfsirə dair söylədikləri sözlərin bizi nə dərəcədə
əlaqədar etdiyini ortaya qoymaq üçün əvvəlcə bu sözlərin hədis
üsulu baxımından dəyərini incələməliyik. Hədis elminə görə səhabi
sözləri ya mərfu hədis hökmündədir, ya da mövquf xəbər sayılır.
Əgər səhabilərin təfsiri, nüzul səbəbləri, mübhəmətul-Quran, na-
six, mənsux və müğəyyəbatla əlaqəli olub, ictihad etmə və müstəqil
düşüncə yürütmə sahəsinə aid deyilsə, bunlar mərfu hökmündə
qəbul olunur. Fikir yürüdülməsi və ictihad olunması mümkün olan
sahələrlə bağlı olan, lakin sadəcə səhabilərin öz elminə əsaslanan
xəbərlərə isə “mövquf hədis” deyilir. Buna görə də səhabilərdən
nəql olunan mərfu rəvayətlərin sonrakı nəsillər üçün mütləq dəlil
olması məsələsində ixtilaf yoxdur. İslam alimlərinin əksəriyyəti bu
cür rəvayətləri hüccət olaraq qəbul etmişlər. Bu cür rəvayətləri son-
rakı nəsillərin əsas alması həm vacibdir, həm də bu xəbərlər onlar
üçün dəlil sayılır.
Mövquf rəvayətlərə gəldikdə isə, bu mövzuda alimlər müxtləf
görüşlərə sahibdirlər. Bəzi İslam alimlərinə görə səhabilərdən
gələn mövquf xəbərləri almaq vacib deyildir. Çünki onların bu
rəvayətləri ictihada əsaslanır. Müctəhid də doğru söyləyə biləcəyi
kimi, xəta da edə bilər. Lakin bəzi alimlər mövquf xəbərlərin təfsirdə
istifadəsini zəruri saymışlar. Onlara görə səhabilərin bu xəbərləri
Hz. Peyğəmbərdən eşitmə və ya soruşub öyrənmə ehtimalı çoxdur.
Həm də bu rəvayətlər səhabinin öz görüşünə əsaslansa belə, onla-
rın doğru söyləmə şansları yüksəkdir. Çünki Quran onların dilində