TƏFSİR ÜSULU VƏ TARİXİ 182
İlk müstəqil təfsirlərdən olduğu söylənilən bir digər təfsir də
Əbu Zəkəriyyə Yəhya b. Ziyad əl-Fərranın (207/822) Məanil-Quran adlı əsəridir. Ancaq bu əsəri tədvin dövrünün ilk əsəri saymaq geyri-
mümkündür. Çünki, Müqatil b. Süleyman Fərradan yarım əsr əvvəl
yaşamışdır. Bu mövzuda fərqli fikirlər səslənsə də, ümumiyyətlə
qəbul edilən görüşə görə ilk tədvin edilən təfsir Müqatil b. Süley-
manın qələmə aldığı təfsirdir. O dövrün ilk müfəssirləri və onların
yazmış olduğu təfsirlər bunlardır:
Müqatil b. Süleyman, ət-Təfsirul-Kəbir Süfyan əs-Sevri, Təfsirus-Sevri Yəhya b. Səllam, Təfsiru Yəhya əl-Fərra, Məanil-Quran Əbu Übeydə, Məcazul-Quran Abdurrəzzaq b. Həmmam, Təfsir