TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ 181
ğı mövzularda siqa (mötəbər) tabeun müfəssirlərindən nəql edilən
rəvayətləri dəlil saya bilərik.
B. Təfsirin tədvini (yazılması)
Tədvin kəlməsi, lüğətdə “bir yerə yığmaq, toplamaq və cəm etmək”
mənarına gəlir. Termin olaraq isə tədvin, “ilk dövrlərdən nəql olunan sözlü rəvayətləri düzgün şəkildə kitablarda toplamaq” deməkdir.
Xəlifə Ömər ibn Əbd əl-Əziz hicri 101-ci ildə Xilafətin bü-
tün yerlərinə Hz. Peyğəmbərin hədislərinin toplanması barədə
fərmanlar göndərir. Hədislər cəm edilir, qaydaya salınır, isnadları
dəqiqləşdirilir. Bu vaxt təfsir də hədisin bir fəsli (bab) kimi toplanır
və öyrənilir.
Əvvəllər hədis elmnin bir qolu kimi tədvin edilən təfsir, çox
keçmədən müstəqil bir elm kimi formalaşdı. Tabeun dövrünün
sonlarına qədər sözlü olaraq nəql edilən təfsir rəvayətləri ilə yana-
şı, insan təfəkkürünün inkişafı və bəzi yeniliklərin ortaya çıxması
nəticəsində əqli (ictihadi) təfsir ortaya çıxdı.
Tədvin dövründə, əvvəllər şifahi yolla nəql olunan rəvayətlər
toplanmış, qərib kəlmələrlə yanaşı, əsbabün-nüzul, nasix-mənsux
və Quranın ecazkarlığı ilə əlaqədar rəvayətlərə yer verilmişdir.
Bu dövrdə rəvayət təfsiri ilə yanaşı dirayət təfsiri də ortaya çıx-
mış, xüsusilə fiqhi və kəlami məzhəblərin ortaya çıxması ilə daha
da inkişaf etmişdir. Beləliklə də, Quranın nüzulu ilə başlayan təfsir
fəaliyyətləri, tədvin dövründə yeni bir yola girmiş, şifahi dövrdə
üzərində durulmayan bəzi mövzulara yer verilərək, həm rəvayət
təfsirində, həm də dirayət təfsirndə canlanma baş vermişdir.
Mənbələr bizə Quran haqqındakı nəqlləri bir yerə toplaya-
raq onu başdan-sona qədər bir bütün olaraq təfsir edən ilk şəxsin
Müqatil b. Süleyman (150/767) olduğunu bildirir.