III. TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ Təfsiri, insanın vəhyə əsaslanaraq vəhyi anlama cəhdi kimi də
tərif edə bilərik. Tarixə nəzər saldıqda görürük ki, fərqli anlayış və
bilgi dərəcəsinə sahib olan insanlar özlərinə görə müxtəlif metodlar
ortaya qoyaraq Quranı anlamağa çalışmışlar. Bununla yanaşı bütün
müfəssirlərin əsas məqsədi Allahın muradını təsbit etməkdir. On-
ların bu ortaq məqsədə yönələrək fərqli metodlarla Quranı anlama
cəhdləri zamanla bir-birindən fərqli təfsir növlərinin ortaya çıxma-
sına səbəb olmuşdur. Bu təfsir növləri aşağıdakı kimi təsnif oluna
bilər: