TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ 187
İsrailiyyat xəbərləri İslama uyğun olub-olmama baxımından iki
yerə ayrılırlar. Birincisi Hz. Peyğəmbərin: “.. Əhli-kitabdan heç nə so- ruşmayın. Özləri yoldan çıxan insanlar sizi əsla doğru yola çəkməzlər...”
269
sözləri ilə nəqlinə icazə verilməyən, ikincisi isə “... Bəni-İsraildən nəql edin. Bunda problem yoxdur...”
270
hədisi ilə nəqlinə icazə verilən
rəvayətlərdir.
İsrail rəvayətlərinin Qurani-kərimə yol tapmasının əsas səbəbi
ondandır ki, Tövrat və İncildə öz əksini tapmış bəzi mövzula-
ra, məsələn, Hz. Adəmin ilkin günaha bataraq Həvva ilə və onla-
rı bu işə sövq edən İblislə birlikdə cənnətdən qovulması və yerə
endirilməsinə, Hz. Musanın Misir torpağında Fironla, sonra yəhudi
qövmi ilə əlaqədar başına gələn əhvalatlara, Hz. İsa və anası Hz.
Məryəmlə bağlı vaqiələrə və digər hadisələrə Quranda da toxu-
nulmuşdur. Qurani-kərimdə bu məsələlərə yalnız ötəri toxunulur,
onlar barəsində qısa və müxtəsər şəkildə, ibrətamizlik məqsədi
ilə xəbər verilir, hadisələrin təfərrüatı təfsilatı ilə açıqlanmır və
bu təbiidir: Qurani-kərim ilahi vəhyin nazil edilməsində varislik
əlaqələrini daima qeyd etmiş və özündən əvvəlki kitabların doğru-
luğunu təsdiq etmişdir. Lakin sonralar müsəlman alimləri bu möv-
zuların təfsilatını əhli-kitab rəvayətlərində tapmış, bu rəvayətlərin
Qurani-kərimdə verilən xəbərlərlə səsləşdiyini görmüş və heç
bir təhlil aparmadan, həmin rəvayətlərin dürüstlüyünü, Quranın
xəbərlərinə müvafiqliyini qətiyyən yoxlamadan onların çoxunu əxz
edərək təfsirlərə daxil etmişlər.
Buna görə də tədqiqatçılar israil rəvayətlərini üç qismə ayırır-
lar: məqbul, məskut ənhu və mərfuz rəvayətlər.
“Məqbul” rəvayətlər o rəvayətlər sayılır ki, onların səhihliyi Hz.
Peyğəmbərdən ötürülmüş düzgün xəbərlər əsasında sübuta yeti-
269 Əhməd. b. Hənbəl, Müsnəd, III, 378.
270 Buxari, Ənbiya, 50; Müslüm, Zühd, 72.