Məşhur rəvayət təfsirləri bunlardır: 1. İbn Cərir ət-Təbəri (vəfatı-310/922) , Camiu-l-bəyan an təvili-l Quran. 2. Əbu Leys əs-Səmərqəndi (vəfatı-383/993), Təfsiru-l Qurani-l əzim. 3. əl-Bəğavi (vəfatı-516/1122), Məalimu-t tənzil. 4. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-546/1151), əl-Müharrərü-l vəciz fi təfsiri- kitabil- əziz. 5. İbn Kəsir (vəfatı-774/1372), Təfsirul- Quranil-əzim. 6. əs-Süyuti (vəfatı-911/1505), əd-Dürrü-l mənsur fi-t təfsir bi-l məsur. b. Dirayət təfsiri Rəvayətlərlə kifayətlənməyib ərəb dili və ədəbiyyatı, dini,
fəlsəfi və müsbət elmlərə əsaslanan təfsirə dirayət təfsiri deyilir. Bu
təfsir növünə “rəy təfsiri” və ya “əqli təfsir” də deyilir.
İslam coğrafiyası genişləndikdən sonra yeni fəlsəfi fikirlərin və
məzhəblərin ortaya çıxması və nübüvvət əsrindən uzaqlaşdıqca
müsəlmanların bilgi və məlumatlarının zəifləməsi nəticəsində
həm əvvəllər üzərində durulmayan nəsslərin, həm də yenidən ələ