TƏFSİR ÜSULU VƏ TARİXİ 190
alınması lazım olan ayələrin təfsirinə ehtiyac vardı. Belə bir dövrə
təsadüf edən bu təfsirin rəvayət mənbələri ilə yanaşı ictihaddan da
istifadə etməsi zəruri idi. Bütün bunların bir nəticəsi olaraq dirayət
təfsiri ortaya çıxdı.
Dirayət təfsirini rəvayət təfsirindən ayıran əsas cəhət, müfəssirin
hər hansı bir məsələdə öz görüşünə yer verməsidir. Ancaq bu onun
rəvayət təfsirindən hem istifadə etmədiyi mənasına da gəlmir. Bu
təfsir növündə izlənən metod, əvvəlcə rəvayət təfsirində istifadə
olunan mənbələrə müraciət etmək və o mənbələrdən əldə olunan
bilgiləri ağıl süzgəcindən keçirməkdir.
Dirayət metodu ilə yazılan ilk təfsir nümunələri Mötəzilə
alimlərinə məxsusdur. VIII əsrdə yazılmağa başlayan lüğəvi təfisrlər
də dirayət metodu ilə yazılan təfsirlərədn hesab olunur.