TƏFSİR ÜSULU VƏ TARİXİ 186
a) Uydurma rəvayətlər Mənbələrin bildirdiyinə görə bəzi məzhəb mənsubları öz
fikirlərini sünnəyə əsaslandırmaq məqsədi ilə bəzən hədis uydur-
muşlar. Xüsusilə də Abbasilərə yaltaqlanmaq məqsədi ilə uyduru-
lan bu sözlər Abbasilərin cəddi olan Abdullah ibn Abbasa isnad edil-
mişdir. Bundan başqa insanları Quran oxumağa həvəsləndirmək
üçün Quranın fəzilətləri haqqında da hədislər uydurulmuşdur.
Bəzi başqa dinlərə mənsub insanlar da İslama zərbə vurmaq üçün
heç bir əsli olmayan xəbərləri təfsirlərə daxil etmişlər.