1. İcmali təfsir Quran ayələrinin qısa şəkildə təfsir edilməsinə “İcmali təfsir”
deyilir. Müfəssir bu təfsir növündə qısa, ancaq açıq bir şəkildə
ayələri təfsir edir
.
Cəlaleyn təfsirini icmali təfsir nümunəsi saymaq
olar. Bundan başqa daha çox radio və televizor verilişlərindəki Qu-
ran haqqındakı söhbətləri də bu metodun işləndiyi təfsirlərə misal
olaraq
verə bilərik.
2. Təhlili təfsir Quran ayələrinin müshəfin tərtibinə görə ayə-ayə və surə-surə
təfsir edilib ayələrin bütün yönləri ilə incələnib ortaya çıxarılmasına
“Təhlili təfsir” deyilir. Bu təfsir növündə müfəssir ayələrdə keçən
qərib kəlimələri və ifadələri açıqlayır, onlar arasındakı münasibəti,
varsa nüzul səbəblərini, ayə haqqında Hz. Peyğəmbər, səhabi və
tabeundan gələn rəvayətləri zikr edir və intellektual səviyyəsindən
də istifadə edərək ayə haqqındakı görüşünü bildirir.
Bu təfsir növü də rəvayət və dirayət təfsirləri deyə iki yerə ay-
rılır.