TƏFSİR ÜSULU VƏ TARİXİ 178
ixtilafalar, bu ixtilafları haqlı göstərmək üçün hər qrupun Qurana
sarılması və bəzən də səhv təvillər etməsi nəticəsində Quranın doğ-
ru şəkildə təfsir edilməsinə çox ehtiyac duyulurdu. Buna görə də
bu məktəblərin bəziləri Quran təfsirinə geniş yer verirdilər. Bun-
lar arasında üç məktəb daha sonralar çox məşhur oldu. İndi isə bu
təfsir məktəblərindən bəhs edək.
a. Təfsir məktəbləri Məşhur səhabilərin qurduğu və məşhur tabii alimlərinin yetiş-
diyi bu məktəblər aşağıdakılardır:
1) Məkkə məktəbi Bu məktəbin banisi “tərcümanu-l Quran” adını daşıyan Abdullah
ibn Abbas (vəfatı-68/687) sayılır. Mücahid (vəfatı-103/721), İkrimə
(vəfatı-104/722), Tavus ibn Kisan (vəfatı-106/724), Səid ibn Cübeyr
(vəfatı-95/714), Ata ibn Əbi Rəbbah (vəfatı- 114/732) kimi alimlər
bu məktəbdə yetişmişdilər. Onlar İbn Abbasdan aldıqları biliklərlə
kifayətlənmir, özləri də Qurani-kərimə təfsirlər yazırdılar. Erkən
Məkkə müfəssirlərindən yalnız Mücahidin təfsiri zəmanəmizədək
gəlib çatmışdır. Bu təfsir Abdullah İbn Əbi Nəcihin (vəfatı-131)
ötürməsi əsasında əs-Sərvəti tərəfindən 1396/1976-cı ildə çap edil-
mişdir.
Mücahidin təfsirində Quranın bütün ayələrinin yox, yalnız
sıra ardıcıllığı ilə surələrdəki çətin sözlərin izahı verilir. Mücahid
bəzən ayələrin nazil olması səbəblərini göstərir, bu ayələrlə bağlı
hekayətləri açıqlayır, fiqh məsələlərinə, nasix və mənsux ayələrin
müəyyən edilməsinə, qiraətlər arasındakı fərqlərə az yer ayırır.