QURANİ-KƏRİM (QURAN VƏHYİ) 39
7. Şəfa Quranın digər bir xüsusiyyəti onun qəlblərdə olana
42
və
möminlərə şəfa olmasıdır
43
. Allah təala Quranda qəlblərin İsla-
ma açılmasından, qəlblərin qatılaşmasından, qəlblərdəki əxlaqi
və mənəvi xəstəliklərdən bəhs edir. Şəfa adını daşıyan Quran
gözəllikləri, haqqı və həqiqəti görə bilmə qabiliyyətini itirən qəlbləri
bu mənfi xislətlərdən xilas olmağa və onları göylərin və yerin Nuru
olan Allaha yönəlməyə çağırır.
Quranın möminlərə Şəfa olması dedikdə isə, onun, müxtəlif
çətinliklərlə qarşılaşan, bəzən ümidsizliyə düşən, bəzən də bədbin
olan möminlərə dərman ola biləcək ifadələrə yer verməsi nəzərdə
tutulur.