Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə34/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   281
A. Quranın tərifi
1. Quran kəlməsinin leksik mənası
Quran kəlməsinin heç bir kökdən törəmədiyini iddia edənlər 
kimi,  onun  həmzəsiz  və  ya  həmzəli  bir  kökdən  törədiyini  iddia 
edənlər də olmuşdur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İmam Şafii (vəfatı-204/819) Quran sözünün heç bir kökdən 
əmələ gəlmədiyini, onun da Tövrat və İncil kimi Allahın kəlamına 
verilən xüsusi bir ad olduğunu söyləmişdir.
2. Əbu Zəkəriyyə əl-Fərra (vəfatı-207/822) isə Quran kəliməsi-
nin “qərinə” sözünün cəmi olan və “dəlil” mənasına gələn “qərəin” 
sözündən törədiyini iddia etmişdir. Çünki Quran ayələri nəzm, vəzn 
və ahəng baxımından bir-birinə bənzəyir və bir-birinə dəlildirlər. 
3. Əbu Həsən əl-Əşəri (vəfatı-324/936) isə Quran kəlməsinin “bir 
şeyi başqa bir şeyə yaxınlaşdırmaq” mənasına gələn “qarənə” felindən 
əmələ gəldiyini demişdir. Bunu da Qurandakı surə və ayələrin bir-
biri ilə yaxın olmasıyla izah edir. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin