1. Vasitəli vəhy Vasitəli vəhy Allahın istədiyi şeyi vasitəçi mələk vasitəsi ilə
peyğəmbərlərinə bildirməsidir. Bu da üç şəkildə olur:
a. Cəbrayılın Hz. Peyğəmbərin qəlbinə vəhy etməsi: Quran
vəhy mələyinin Hz. Peyğəmbərə bu şəkildə iki dəfə vəhy gətirdiyini
xəbər verir. Birincisi Hira mağarasında enən vəhydir ki, Allahın
Rəsulu (s.ə.s.) gördüyü bu mənzərə qarşısında özündən keçmişdir.
ِينِبُمْلا ِقُفأُ ْل ِب ُهآ�َر ْدَقَلَو
“And olsun ki, o (peyğəmbər), onu (Cəbrayılı) aydın üfüqdə gör- müşdür”
37
ayəsi vəhyin bu növünə işarə edir.