Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə27/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   281
B. Vəhyin mahiyyəti
İslama  görə  vəhy  Allah  təalanın  peyğəmbərlər  vasitəsilə  in-
sanlara mesajlarını çatdırması deməkdir. Vəhy məfhumunun Qu-
randa işlədilməsinə nəzər saldıqda bu məfhumun fərqli anlamlara 
gəldiyini görürük. Bunları ilahi və qeyri-ilahi vəhy olaraq iki yerə 
ayırmaq olar. Yuxarıda da qeyd etdiyimiz kimi Qurani-kərim şey-
26   Ənam 6/121.
27   Ənam 6/112, 121.
28   Ənam 6/112, 121.
29   Məryəm 19/11.


ÜMUMİ OLARAQ VƏHY
31
tanların
30
  və  insanların  (Hz.  Zəkəriyənin)
31
  vəhy  etməsindən  söz 
açır. Ancaq  vəhyin  bu  növü  hər  nə  qədər  “vaha”  felindən  törəsə 
də,  o  ilahi  vəhy  deyildir.  Vəhy  məfhumu  ilə  ifadə  edilən  bu  cür 
vəhylərə qeyri-ilahi vəhy deyilir.
Qurani-Kərim vəhy kitabları kimi Hz. İbrahimin səhifələrindən, 
Hz. Musaya nazil olan Tövratdan, Hz. Davuda nazil olan Zəburdan 
və Hz. İsaya endirilən İncildən bəhs edir. Bundan başqa Quranda 
Züburul Əvvəlin (Əvvəlkilərin Kitabları)
32
 ifadəsi də keçir.
Vəhy, Allah,  mələk,  peyğəmbər  və  insan  arasındakı  əlaqə dir. 
Vəh yin başlanğıc nöqtəsində Allah, bitiş nöqtəsində isə peyğəmbər-
lər vardır. Onlar arasındakı əlaqənin təmin olunmasında isə mələk 
rol oynayır. Ancaq burada son nöqtə peyğəmbərlə qurtarmır. Çünki 
vəhy peyğəmbərlər vasitəsi ilə insanları dünyada və axirətdə xoşbəxt 
etmək üçün göndərilmişdir. İlk mərhələdə mələk (Cəbrayıl) vəhyi 
Al lahdan alır, ikinci mərhələdə isə onu peyğəmbərlərə çatdırır. 
Bu mövzuda üzərində durulması zəruri olan məsələlərdən bi ri 
də mələklə peyğəmbər arasındakı əlaqənin necə qurulması mə sə-
ləsidir. İslam alimləri bu məsələni əsasən iki istiqamətdə izah et-
miş lər.  Onlara  görə  eyni  anlaşma  sisteminin  olması  üçün  hər  iki 
tə rəfin də başa düşəcəyi ortaq bir dilin işlədilməsi lazımdır. Vəhy 
ta rixinə nəzər saldıqda görürük ki, hər peyğəmərə vəhy öz dilində 
gön dərilmişdir. Bundan başqa vəhy əsnasında danışan və dinləyən 
eyni kateqoriyaya mənsub olmalıdırlar ki, bunun da iki yolu vardır. 
Ya dinləyən danışanın təsiri ilə onun səviyyəsinə qalxar, ya da da-
nışan dinləyənin səviyyəsinə enər. Hz. Mühəmməd (s.ə.s.) hər iki 
şəkildə də vəhy almışdır.
30   Ənam 6/112, 121.
31   Məryəm 19/11.
32   Şüəra 26/196.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin