Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə28/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
32
Böyük  İslam  sosioloqu  İbn  Xaldun  bu  məsələ  ilə  əlaqədar 
olaraq  belə  deyir:  “Vəhyin  nuru  ortaya  çıxdıqda  peyğəmbərlər 
ətrafındakı  şeylərdən  tamamilə  sıyrılaraq  mənəviyyata  yönəlirlər 
və onlara baxdıqda sanki onların yatdığı və ya bayıldığı fikri hasil 
olur. Halbuki belə deyildir. Onlar bu şəkildə görünsələr də, əslində 
ruhları uca ruhlar və mələklərlə ruhani münasibət qurduqları üçün 
bəşəri sifətdən tamamilə ayrılırlar. Bu anda peyğəmbərlər fısıltı ilə 
söylənilən sözləri eşidir və anlayırlar”.
33
 
Bəzi hədislər də, Rəsulullahın (s.ə.s.) vəhy gəldiyi zaman çək-
diyi iztirabları, fiziki ağrıları, sarsıntıları xəbər verir. Bu rəvayətlərin 
birində Hz. Aişə belə deyir: “Mən onu soyuq bir gündə vəhy alarkən 
gördüm, alnından tər damlaları axırdı”.
34
 Digər bəzi hədislərdə isə 
mələk vəhy gətirərkən Rəsulullahın (s.ə.s.) rənginin saraldığı, bə-
zən titrədiyi, bayılıb yerə yıxıldığı, bəzən də iniltili səslər çıxardığı 
bil dirilir.
35
 
Vəhydə üzərində durulması lazım olan əsas məsələlərdən biri 
də vəhyin çox gizli və son dərəcə sürətli şəkildə gəlməsidir. Bildiyi-
miz kimi vəhy Peyğəmbərimizə (s.ə.s.) sadəcə tək olduğu vaxtlarda 
deyil, eyni zamanda səhabələri ilə birlikdə ikən də gəlirdi. Lakin ona 
vəhy gələrəkən yanındakılar nə mələyi mələk şəklində görürdülər, 
nə də onun səsini eşidirdilər. Bundan başqa vəhy son dərəcə sürətli 
şə kildə gəlirdi ki, peyğəmbərlərin xaricində heç bir insan bu qədər 
sür ətli danışığı dinləyə bilmə qabiliyyətində deyildir.
33   İbn Xəldun, Müqəddimə, I/217
34   Buxari, Bədul-vəhy, 2
35   Buxari, Fəzailil-Quran, 2, Müslüm, Fəzail, 88, Əhməd b. Hənbəl, 
Müsnəd, I. 34, 464



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin