a. Sadiq röyalar: Hz. Aişədən belə rəvayət olunur: “Rəsulullahın
(s.ə.s.) ilk vəhy alması yuxuda gördüyü sadiq röyalarla başlamışdır.
Onun gördüyü hər yuxu səhərin aydınlığı kimi doğru çıxırdı”
40
. Bu
rəvayətdən belə anlaşıla bilər ki, Hz. Peyğəmbər ilk vəhyi sadiq
röyalar vasitəsi ilə almışdır. Ancaq bu Quranın ilk vəhyinin Ələq
surəsinin ilk beş ayəsi olması xəbəri ilə ziddiyət təşkil edir. Bu
ziddiyəti İslam alimləri həll etməyə çalışmışlar. Belə ki, onlara görə
Hz. Aişədən gələn rəvayətdə zikr edilən vəhy şəkli Hz. Peyğəmbərə
peyğəmbərliyə hazırlıq dövründə gəlmişdir. Ələq surəsinin ilk
beş ayəsi isə Hira mağarasında nazil oldu və beləliklə Rəsulullaha
(s.ə.s.) nübüvvət verildi.