3. Quranın tədricən endirilməsinin hikməti Qurani-kərim topdan deyil, iyirmi üç il ərzində tədricən en-
dirilmişdir. Vəhy zəncirinin son halqası olan Quran hər hansı
bir zamana aid olmayıb endiyi andan etibarən bütün zamanlara
və bütün bəşəriyyətə xitab edir. O nazil olarkən bir tərəfdən na-
zil olduğu dövrün cəmiyyətinin ehtiyaclarına cavab vermiş, digər
bir tərəfdən də ümumi mənada fərdlərin və cəmiyyətlərin möh-
tac olduqları beynəlmiləl prinsiplər gətirmişdir. Son ilahi vəhyin
məqsədi bu olduğu üçün o, endirildiyi cəmiyyəti bütün bəşəriyyətə
nümunə olacaq “ideal bir ümmət” səviyyəsinə gətiməli idi. Buna
görə də Quran həmin cəmiyyəti formalaşdırmaq üçün tədricilik
metodundan istifadə etmişdir. Tədrici şəkildə nazil olan Quran bir
tərəfdən “iman-əxlaq” zəminini formalaşdırarkən, digər tərəfdən
də müəyyən vaxtlarda daimi və ümumi hökümlər gətriməyə da-
vam etmişdir.
45 Təbəri, Camiul-bəyan, XXX/166.