E. Quran mətninin tərtibi Quranın tərtibindən məqsəd onun ayə və surələrinin
düzülüşündə hansı meyarların əsas alınması məsələsidir. Bilindiyi
kimi Quranın ayə və surələri enməyə başladığı andan etibarən ard-
arda deyil, Hz. Peyğəmbərin göstərdiyi şəkildə tərtib edilmişdir.
1. Ayələrin tərtibi Ayələrin ilahi tərtiblə tərtib olunduğuna dair İslam alimləri ar-
sında ittifaq vardır. Bu tərtibə tövqifi tərtib deyilir. Tərtib işində Hz.
Peyğəmbərin və səhabilərin ictihadı olmamışdır. Hz. Peyğəmbər
namazlarda və digər yerlərdə ayələri Cəbrayıl tərəfindən bildirilən
tərtibə görə oxumuşdur. Məkki ibn Əbu Talibin (437/1045)
bildirdiyinə görə, ayələrin müəyyən bir tərtiblə düzülməsi və
surələrin əvvəlinə bəsmələnin qoyulması Hz. Peyğəmbərin əmri
ilə olmuşdur. Buna görə də Rəsulullah (s.ə.s.) əmr etmədiyi üçün
Tövbə surəsinin əvvəlinə bəsmələ qoyulmamışdır.