QURANİ-KƏRİM (QURAN VƏHYİ) 47
Surələrin adları qissələrdə keçən şəxslərin və haqqında bəhs
etdikləri cəmiyyətlərin adlarından və ya əhatə etdikləri mövzu-
lardan və yaxud da bəzi surələrin əvvəlində yerləşən müqəttəə
hərflərindən götürülmüşdür. Hər nə qədər surə adlarının həm
tövqifi, həm də ictihadi olduğu söylənmişsə də, bu adların ictiha-
di olduğunu söyləmək daha doğru olardı. Çünki bəzi surələrin
birdən çox adı vardır. Sadəcə Fatihə surəsinin iyirmiyə qədər adı
məlumdur.
Ehtiva etdikləri ayələrin sayına görə də surələrə bəzi adlar
verilmişdir. Yüzdən çox ayənin olduğu Quran surələrinə “tuvəl”,
təxminən yüz ayənin olduğu surələrə “miun”, yüzdən az ayə olan
surələrə ”məsani”, daha kiçik surələrə də “müfəssəl” surələr deyilir.