TƏFSİR ÜSULU VƏ TARİXİ 46
Mədəni ayələr daha uzun olub, ictimai məsələləri ələ aldıqları
üçün ədəbi üslüb daşımırlar. Quranın 65-70%-ini məkki, 30-35%-ini
mədəni ayələr təşkil edir.
Məkki və mədəni ayələrin fərqləndirilməsi ilə əlaqədar olaraq
müsəlman alimləri bəzi meyarlar təklif etmişlər:
1. Məkki ayələri əqidə məsələləri ilə, xüsusilə tövhid, vəhy,
nübüvvət, məad, habelə ən mühim əxlaqi məsələlərlə əlaqədar ola-
raq nazil edilmişdir.
2. Mədəni ayələrdə isə əsasən əhli-kitabın iddialarına cavab ve-
rilir, münafiqlərin tutduqları mövqe pislənir. Bu ayələrdə həmçinin
möminlərin həyatı ilə bağlı hökmlər ehtiva olunur.
Məkki və mədini ayələri bilmək müfəssirə və mütərcimə hansı
Quran ayələrinin əvvəl, hansılarının isə sonra nazil edilməsi barədə
fikir hasil etməyə imkan verir. Alimlər hansı ayənin hansı ayədən
sonra endiyinin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğu-
nu söyləsələr də, surələrin xronoloji ardıcıllığını təxmini olsa da
müəyyənləşdirməyə çalışmışlar. Onlar doxsan surənin Məkkədə,
iyirmi dörd surənin isə Mədinədə nazil olduğu nəticəsinə gəlmişlər.
Lakin həm məkki, həm də mədəni surələrdə qeyri-məkki və qeyri-
mədəni ayələrin olduğu şübhəsiz bir həqiqətdir.
2. Surə “Surə” lüğətdə “yüksək məqam”, “üstün dərəcə”, “şan”, “şərəf”, “bi- nanın mərtəbələri” kimi mənalara gəlir. Termin olaraq da ”ayələrdən meydana gələn, əvvəli və sonu olan müstəqil Quran bölməsi” şəkıində
tərif edilmişdir. Quranda 114 surə vardır ki, bunların ən qısa olanı
üç ayədən ibarət olan Kövsər surəsi, ən uzun olanı isə 286 ayədən
meydana gələn Bəqərə surəsidir.