TƏFSİR ÜSULU VƏ TARİXİ 52
kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (an- ladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” 53 b. İnsanın məsul varlıq olması Qurani-kərimdə təbiətin Allah tərəfindən yaradıldığı və in-
sanların ixtiyarına verildiyi bildirilir. Təbiət eyni zamanda Allahın
varlığının dəlilidir. İnsana düşən isə, ona verilən bu qədər nemətin
fərqinə vararaq yaşamasıdır:
“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quru- da (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları ya- ratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)” 54 “(Ya Peyğəmbər!) De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!” 55 “İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qış- da çıxıb batdığı yerlərin sahibi) Odur. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların ara- sında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya 53 Bəqərə, 2/285
54 İsra, 17/70
55 Mülk, 67/23-24